Latviya səfiri: COP29-un Azərbaycanda keçirilməsindən çox şadıq 

17:51 30.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs COP29 konfransında iştirak edəcək. Latviyanı nümayəndə heyəti də təmsil edəcək.

Hafta.az xəbər verir ki, bunu azertac-a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

“Biz çox şadıq ki, COP29 konfransı Azərbaycanda keçirilir. Bu tədbirdə iqlim dəyişikliyinin maliyyələşdirilməsi kimi çətin məsələlər müzakirə olunacaq. Bütün müzakirələrdə və tədbirlərdə iştirak edəcəyik", - deyə diplomat diqqətə çatdırıb.